Tərkibi: klomifen sitrat 50 mq. Qeyri-steroid strukturlu antiestrogen preparatdır. Yarımparçalanma dövrü 5-7 gündür. Göstərişlər: Yumurtalıqların anavulyator disfunksiyası zamanı və onunla bağlı olan sonsuzluqda. Ovulyasiyanın induksiyası üçün. Oliqospermiya. Amenoreyanın disqanadotrop forması. Disfunksional uşaqlıq qanaxmaları. Qalaktoreya (törəmə mənşəli deyilsə). Sklerozlaşmış yumurtalıqlar sindromu (Şteyn-Levental). Dozalanması: Ovulyasiyanın induksiyası üçün orqanizmdə estrogenlərin miqdarını təyin etdikdən sonra menstruasiyanın 5 günündən 1 tab. gündə 1 dəfə (yatmazdan öncə) 5 gün. Ovulyasiya bir qayda olaraq 11-15 gün arasında olur. Əgər 1 kurs müalicə effekt vermirsə, 2-ci kurs menstruasiyanın 5 günündən başlanır, 2 tab/gün. 6 gün ərzində. Lazım olduqda 3 kurs müalicə aparılır. Kişilərdə oliqospermiyada 1 tab. gündə 1-2 dəfə spermoqrammanı nəzarətdə saxlamaq şərti ilə. Əlavə təsirləri: Yumurtalıqların hipertrofiyası, başgicəllənmə, ürəkbulanma, meteorizm, həssaslıq Əks göstərişlər: hamiləlik, qaraciyərin disfunksiyası, törəmələr, yumurtalıqların kistası Buraxılış forması: 50 mq tab. N10 |