Tərkibi: Seftriakson Na-dan ibarətdir. Bakteriyanın hüceyrə membranının sintezini pozaraq bakterisid təsir göstərir. Makrosef əksər qram (-) və qram (+) mikroorqanizmlərin b-laktamazalarına qarşı davamlıdır. Hematoensafalik baryeri kecir. Zülallarla birləşməsi 95% təşkil edir. Yarımatılma dövrü (T1\2) 8 saatdır.
Göstərişlər: Sepsis; meningit; qarın boşluğu orqanların infeksiyası (peritonit); sümüklərin,oynaqların, yumşaq toxumaların, dərinin infeksiyaları; sidik-cinsiyyət orqanlarının infeksiyası; tənəffüs yolların infeksiyası; cərrahi əməliyyatdan öncəki və sonrakı profilaktika, sifilis. Əks göstərişlər: sefalosporinlərə qarşı yüksək həssaslıq. Yan təsirləri: dönən xarekterli olur. Bəzən yeridilən yerdə agrı hissiyyatı ola bilər, dəri səpkiləri, ürəkbulanma və. s. Dozalanması: Sutkalıq doza: böyüklərə 1-2q; uşaqlara 50-75 mq\kq; yenidoğulmuşlara (2 həftəyə qədər) 20-50mq\kq. Maksimal doza 4q-dır. Müalicənin müddəti xəstəliyin agırlığından asılı olaraq 4-14 gün davam edir. Buraxılış forması: Makrosef 1q və 0.5 q həlledici ilə ə.d. |