Tərkibi: Neostiqmin metilsulfat 0,5 mq. Xolinesteraza fermentini ingibə etməklə endogen asetilxolinin təsirini gücləndirərək xolinomimetik təsir göstərir. Sinir-əzələ keçiriciliyini yaxşılaşdırır. Göstərişləri: Cərrahi əməliyyatdan sonrakı bağırsaq atoniyasının müalicəsi və profilaktikası, paralitik bağırsaq keçməməzliyi, miasteniya, paraliçlər, poliomielit atonik və hipotonik qəbizlik, sidik kisəsinin atoniyası, sidik kisəsinin sfinkterinin funksional çatışmamazlığı. Dozalanması: Böyüklərə 0,5 mq d/a gündə 1-2 dəfə. Sutkalıq doza 6 mq. Uşaqlara 0,05 mq (0,1 ml) hər yaşına gündə 1 dəfə. Əlavə təsirləri: ürəkbulanma, qusma, bradikardiya, A/T enməsi, səpkilər. Əks göstərişlər: epilepsiya, bronxial astma, stenokardiya, ateroskleroz, mexaniki bağırsaq keçməməzliyi, dərmana qarşı yüksək həssaslıq. Buraxılış forması: 1 ml inyeksiyalar № 6. |