Tərkibi: Metronidazol 500 mq Mikroorqanizm hüceyrəsinin DNT-si ilə birləşərək, onların nuklein turşularının sintezini pozur və hüceyrəni məhv edir. Yarımparcalanma dövrü 6-8 saatdır. Göstərişlər: Amebiaz, trixomoniaz, balantidiaz, lyamblioz, dəri leyşmaniozu, qarın boşluğu infeksiyaları, kiçik çanaq üzvlərinin infeksiyaları, dəri və yumşaq toxumaların absesi, sepsis, psevdomembranoz kolit, qastrit, mədə və 12-barmaq bağırsağın xoraları (H.pylori), sümük və oynaqların infeksiyaları, mərkəzi sinir sisteminin infeksiyaları, cərrahi əməliyyatdan öncəki və sonrakı profilaktika Əks göstərişlər: həssaslıq, qaraciyər çatışmamazlığı, hamiləliyin ilk üç ayı. Əlavə təsirləri: diareya, qəbizlik, ürəkbulanma, qusma, başgicəllənmə, başağrısı, övrə, səpkilər. Dozalanması: yeməkdən sonra çeynəməyərək - Amebiazda kəskin - 500 mq 2-3 dəfə 5-7 gün, xroniki - 750 mq gündə 3 dəfə 10 gün; Qaraciyər absessi - 500 mq gündə 4 dəfə 3-5 gün; Trixomoniazda - 250 mq gündə 2 dəfə 10 gün; Balantidiaz - 750 mq gündə 3 dəfə 5-6 gün, Psevdomembranoz kolit - 500 mq gündə 3 dəfə; Helicobacter pylorinin erradikasiyasında - 500 mq gündə 3 dəfə 7 gün; Uşaqlarda - 35-50 mq/kq gündə 3 dəfə 5-7 gün Buraxılış forması: 500 mq tablet №20 |