Tərkibi: Ampisillin Na 1 q (0,5 q ) Sulbaktam Na 0,5 q (0,25 q) Geniş spektrli antibiotikdir, tərkibində yarımsintetik penisillin olan Ampisillin Na və beta - laktamazaların ingibitoru olan Sulbaktam Na var. Əksər qram (-) və qram (+) mikroorqanizmlərin b-laktamazalarına qarşı davamlıdır. Yarımparçalanma dövrü 1,5 saatdır. Göstərişlər: Sepsis, meningit, qarın boşluğu orqanların infeksiyası (peritonit), sümüklərin, oynaqların, yumşaq toxumaların, dərinin infeksiyaları, sidik-cinsiyyət orqanlarının infeksiyası, tənəffüs yolların infeksiyası, cərrahi əməliyyatdan öncəki və sonrakı profilaktika, sifilis. Dozalanması: Böyüklərə 1,5 q hər 12 saatdan bir. Ə/D,V/D. Uşaqlarda (12 yaşa qədər) 50-200 mq hər kq çəkiyə, yenidoğulmuşlara 50-150 mq /kq. Əks göstərişlər: həssaslıq, MSS orqanik pozğunluqları, qaraciyər çatışmamazlığı. Əlavə təsirləri: diareya, qəbizlik, ürəkbulanma, qusma, başgicəllənmə, başağrısı, övrə, səpkilər, Buraxılış forması: flakonlar poroşoku və lidokain məhlulu ilə. Sulsid 1 q və 0.5 q ə.d. |